Tanınmış jurnalistə bu qurumda VƏZİFƏ VERİLDİ

Azərbaycan Respublikası Vəkillər Kollegiyasına yeni sözçü təyin edilib.

Metbuat.az bildirir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, tanınmış jurnalist İsmayıl Nəsibli Kollegiyanın mətbuat katibi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, İ.Nəsibli uzun müddət media sahəsində çalışıb. Onun son iş yeri "Report" İnformasiya Agentliyi olub. Jurnalist həmin Agentlikdə redaktor vəzifəsində işləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR