Taxıl sazişi ilə bağlı danışıqlara açığıq - Putin

Xəbər verdiyimiz kimi, hazırda Putin və Ərdoğan arasında Soçidə görüş keçirilir.

Metbuat.az xəbər verir ki, hazırda mətbuata açıq şəkildə görüşürlər.

Putin və Ərdoğan Ukrayna və taxıl müqaviləsini müzakirə edəcəklərini bildiriblər: “Hörmətli cənab Prezident, hörmətli həmkarlar, icazə verin sizi Rusiyada səmimiyyətlə salamlayıram. Ukrayna böhranı ilə bağlı məsələləri nəzərdən qaçırmayaq. Mən bilirəm ki, siz taxıl müqaviləsi ilə bağlı suallar vermək niyyətindəsiniz. Biz bu məsələ ilə bağlı danışıqlara açığıq”, - deyə Putin bildirib.

Ərdoğan Putinlə Soçidə danışıqlardan sonra mətbuat konfransı keçirəcəklərini və orada lazımi mesajı verəcəklərini deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR