Əmək müqavilələrinə xitam verilən müəllimlərlə bağlı komissiya yaradıldı

Təkrar sertifikatlaşdırmadan keçməyən və əmək müqavilələrinə xitam verilən müəllimlərlə lə işin təşkili məqsədilə təhsil idarələrində komissiyalar fəaliyyətə başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərdən sosial müdafiəyə ehtiyacı olanların müraciətləri xüsusi diqqətdə saxlanılacaq. Həmin müəllimlərlə işin təşkili məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz regional təhsil idarələrində komissiyalar fəaliyyətə başlayıb.

Xatırladaq ki, təkrar sertifikatlaşdırmadan keçməyən 743 müəllimin əmək müqaviləsinə xitam verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı