Minalardan təmizləmə prosesi sürətlə davam edir - Vüqar Süleymanov

2 il ərzində xaricdən minatəmizləmə maşınları alrdıq və çox sevindirici haldır ki, bu gün bu maşınlar artıq Azərbaycanda istehsal edilir.

Metbuat.az xəbər verir ki, bunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov Azərbaycanda istehsal edilən minatəmizləmə maşınının təqdim edilməsi zaman deyib.

O qeyd edib ki, torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra minatəmizləmə işlərinə başlanıldı.

"Bu gün ərazilərin minalardan təmizlənməsi prosesi sürətlə davam edir", - deyə o, əlavə edib.

Qeyd edək ki, sahibkarlar tərəfindən Qarabağ Dirçəliş Fonduna “İmprotex” Şirkətlər Qrupunun istehsalı olan “Revival P” minatəmizləmə maşını ianə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR