Azərbaycan və Macarıstan XİN başçıları arasında geniş tərkibli görüş keçirilib - YENİLƏNİB

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə arasında geniş tərkibli görüş keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Xarici işlər Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan və Macarıstan arasında ikitərəfli strateji tərəfdaşlıq, regional və beynəlxalq gündəmdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Ölkələrimiz arasında strateji dialoqun ilk iclası keçirilib.

16:42

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Macarıstana səfəri çərçivəsində bu ölkənin xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində yazıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR