"Muhteşem Yüzyıl"ın aktyoru vəfat etdi - FOTO

Türkiyənin tanınmış aktyoru Mehmet Ulay 81 yaşında vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilib ki, o, Almaniyada müalicə aldığı klinikada dünyasını dəyişib. Məlumata görə, M.Ulay ağciyər xərçəngindən əziyyət çəkirdi.

Tanınmış aktyor “Süper Baba”, “Kurtuluş”, “Küçük Besleme”, “Üvey Baba”, “Yarım Elma”, “Emret Komutanım”, “Ezel”, “Arka Sıradakiler”, “Muhteşem Yüzyıl”, “Eşkıya Dünyaya Hükümdar Olmaz” kimi seriallarda oynayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR