Böyrəkləri sağlam saxlamağın üç qızıl qaydası

“Böyrək sağlamlığının qorunmasının üç qızıl qaydası var”.

Metbuat.az saglamolun.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı tibb elmləri namizədi, qastroenteroloq və diyetoloq Rustem Sadıkov açıqlayıb.

O, yeməkdə duzu azaltmağı və bol maye qəbul etməyi məsləhət görüb.

“Böyrək problemlərindən qaçmaq üçün təmiz suya üstünlük vermək və digər içkilərin qəbulunu azaltmaq tövsiyə olunur. Optimal çəki saxlamaq və çoxlu qırmızı ət yeməmək də vacibdir”, - deyə həkim əlavə edib.

Mütəxəssisin sözlərinə görə dehidrasiya, müəyyən dərmanlar, podaqra, hiperparatireoz və genetik meyl böyrək daşlarının inkişaf riskini artırır.

Bundan əlavə, uzunmüddətli və ciddi pəhriz böyrəklər üçün zərərli ola bilər.

“Şirniyyatlara gəlincə, onların böyrəklərə zərəri hələ sübut olunmayıb, lakin məlumdur ki, sadə karbohidratların həddindən artıq istehlakı sidikdə kalsium və oksalatların səviyyəsini artırır”, - deyə Sadıkov sözlərini yekunlaşdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı