Dövlət qurumunun işçiləri dəbilqədə çalışır - İLGİNC SƏBƏB

Hindistanda dövlət qurumunun binasından yayılan görüntü gündəm olub.

Metbuat.az "India News"a istinadən bildirir ki, ölkənin Telenqana əyalətində yerləşən İnkişaf Departamentinin binası yararsız vəziyyətdədir. Buna görə də, işçilər başlarına düşən tavan parçalarından qorunmaq üçün dəbilqə taxaraq çalışırlar.

Binada tez-tez xoşagəlməz halların yaşandığı, işçilərdən birinin isə xəsarət aldığı bildirilir.

Görüntülərin yayılmasından sonra qurumun köçürüləcəyi qeyd edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı