Rusiya hava limanını bombaladı

Rusiyanın Ukraynanın Odessa vilayətində PUA-larla həyata keçirdiyi hücum zamanı liman və kənd təsərrüfatı infrastruktur obyektlərinə ziyan dəyib.

Metbuat.az xəbər verir ki, Odessa Vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, hücum nəticəsində dağıntılar və tələfat baş verib. Kiyev Şəhər Hərbi İdarəsindən isə bildirilib ki, Kiyev istiqamətində irəliləyən bütün Rusiya PUA-ları Ukrayna hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Rusiyanın ümumilikdə 7 ədəd qanadlı raket, 1 ədəd İskəndər-M ballistik raketi və 25 ədəd “Şahed” tipli PUA ilə hücuma keçdiyi bildirilib. Ukrayna hava hücumundan müdafiə qüvvələri 7 qanadlı raket, 1 ballistik raket 15 PUA daxil olmaqla 23 hava hədəfi məhv edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı