"Rus bölməsində şagirdlərin Azərbaycan dili bilikləri yetərli deyil" - Nazir

"Rus bölmələrində və tədrisi digər dillərdə aparılan təhsil müəssisələrində Azərbaycan dilinin keyfiyyətinə diqqətin aparılması üçün işlər qururuq. Birinci istiqamətdə Azərbaycan dilinin saatları artırılır".

Metbuat.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev məlumat verib:

"İkinci istiqamətədə müvafiq fənləri Azərbaycan dilində tədris edəcəyik. Çünki Azərbaycan tarixini və ya ədəbiyyatını azərbaycanlı uşaq öz dilimizdə öyrənməlidir. Bu istiqamətdə Azərbaycan dilinin saatları artırılır. "Zəfər tarixi" və hərbi fənlər də Azərbaycan dilində tədris olunacaq. Xüsuilə, yuxarı sinifdə dərs alan şagirdlərin Azərbaycan dili biliyi yetərli deyil.

Üçüncü istiqamətimiz isə bu məktəblərdə monitorinq apararaq uşaqların bu fənni mənimsəmələri ilə bağlı məktəbin məsuliyyətli olmalarını və bu istiqamətdə işlərini genişləndirməkdir. Bəzən görürük ki, 9 il rus bölməsində uşağa Azərbaycan dili tədris olunub, müəllim maaş alıb, amma uşaq Azərbaycan dilində danışa bilmir. Bunun səbəblərini araşdırmaq istəyirik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı