İki saatda bu əraziyə 61 min ildırım düşdü

Hindistanın Odişa ştatında güclü yağışlar zamanı ildırım vurması nəticəsində 12 nəfər ölüb.

Metbuat.az xəbər verir ki, 2 saat ərzində əyalətdə 61 min ildırım düşüb. İldırım vurması nəticəsində 14 nəfər xəsarət alıb. Dövlət rəsmiləri əlverişsiz hava şəraiti ilə bağlı rayon əhalisini xəbərdar edib.

Yerli dairələr təbii fəlakətlə bağlı əyalətə əlavə yardım briqadaları göndərib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR