DİM sədrinin postundan getməsi iddialarına nazirdən REAKSİYA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin postundan gedəcəyi və onun səlahiyyətlərinin Elm və Təhsil Nazirliyinə veriləcəyi ilə bağlı xəbərlər yayılıb.

Metbuat.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bu gün brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bu məsələyə münasibət bildirib:

"Bu, Azərbaycan Prezidentinin səlahiyyətindədir. Yalnız o qərar verir ki, bu məsələlər necə tənzimlənəcək. Bunu müzakirə etməyimiz məntiqsiz görünür".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı