Sentyabrın 23-də payız Azərbaycana daxil olacaq​

Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 10:49:56-da daxil olacaq.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Metbuat.az-a verilən məlumata görə, bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınacaq.

Günəş ekliptika üzrə hərəkət edib, ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayacaq.

Payız fəslinin uzunluğu 89 gün 20 saat 37 dəqiqə 23 saniyə olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı