Devrilmiş prezident sərbəst buraxıldı

Qabonda hərbi çevrilişindən sonra iqamətgahında saxlanılan Prezident Əli Bonqo sərbəst buraxılıb.

Metbuat.az xəbər verir ki, bu barədə yerli hərbi dairə açıqlama verib. Açıqlamada sağlamlıq vəziyyəti nəzərə alınaraq Bonqonun azad olunduğu elan edib. Bildirilib ki, Bonqo istəsə xaricdə də müalicə oluna bilər.

Qeyd edək ki, Mərkəzi Afrika Dövlətlərinin İqtisadi Birliyi Bonqonun azad edilməsi üçün hərbi hökumətlə danışıqlar aparmışdı. Digər tərəfdən, yerli mətbuatda yayılan xəbərlərə görə, BMT Baş katibinin Mərkəzi Afrika üzrə xüsusi nümayəndəsi Abdou Abarri də öz iqamətgahında Bonqonu ziyarət edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı