Ramos ağladı, uşaqlar təsəlli etdi - VİDEO

18 ildən sonra “Sevilya”ya qayıdan Serxio Ramos üçün Ramon Sanchez Pizjuanda möhtəşəm təqdimetmə mərasimi təşkil edilib.

Metbuat.az xəbər verir ki, tədbir zamanı Serxio Ramos göz yaşlarına hakim ola bilməyib.

Serxio Ramos 18 ildən sonra geri qayıtdığı “Sevilya”da çıxış edərək, "Parisdə qalmaq imkanım oldu, amma düşündüm ki, “Sevilya”dakı dövrüm hələ tamamlanmayıb. Ümid edirəm ki, mən İvan Rakitiç və Xesus Navas kimi kubok qaldıracağam” bildirib.

Qeyd edək ki, iddialı təkliflərə baxmayaraq Serxio Ramos daha az məvacibə “Sevilya”ya transfer olmağa razılıq verib. Lakin onun “Sevilya”ya gəlişi birmənalı qarşılanmayıb. Ramosun “Sevilya”nın ünvanına sərt sözlər səsləndirdiyini deyən azarkeşlər transferə qarşı çıxıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı