Ermənistanda rusiyapərəst bloger saxlanılıb

Rusiyapərəst bloger Mika Badalyan və “Sputnik Ermənistan” radiosunun icmalçısı Aşot Gevorkyan ötən gecə Gorusda saxlanılıblar. .

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

İlkin məlumatlara görə, hazırda onlar Ermənistan İstintaq Komitəsindədirlər. Saxlanılma səbəbi hələlik açıqlanmayıb.

Mika Badalyan İrəvanda və onun hüdudlarından kənarda terror aktlarının hazırlanması barədə yalan məlumat yaydığına görə həbs edilmişdi, lakin sonradan zaminə buraxılmışdı. Bundan bir müddət əvvəl “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov Mika Badalyan ilə əlaqə saxlamağın mümkün olmadığını yazmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı