Azərbaycanın dəmir yolu ilə yük daşımaları artıb

Bu il yanvar-avqust aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 12,097 milyon tondan çox yük daşıyıb.

Metbuat.az bu barədə ADY-yə istinadən xəbər verir. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % çoxdur.

Məlumata görə, təkcə avqust ayında təyinat nöqtəsinə 2 milyon tona yaxın yük çatdırılıb.

Xatırladaq ki, ADY ölkə prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 906 milyon 061 min 960 manatdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı