Bakıdakı təhsil müəssisələrində yeni tədris ilinə hazırlıq görülür

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində 2023-2024-cü tədris ilinə hazırlıq işləri görülür.

BŞTİ-dən Metbuat.az-a bildirilib ki, 1 ümumi təhsil məktəbində və 5 məktəbəqədər təhsil müəssisəsində əsaslı təmir işləri aparılır. Əlli ümumi təhsil məktəbində və 30 məktəbəqədər təhsil müəssisəsində cari təmir işləri yerinə yetirilib. Üç ümumi təhsil müəssisəsində əsaslı təmir-tikinti işlərinin aparılması nəzərdə tutulur. 1 854 703 dərslik ümumi təhsil məktəblərinə çatdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR