Rusiyanın yardımını Qarabağa kim buraxmır? - Maraqlı DETAL

Rusiyanın Qarabağda yaşayan erməni əhali üçün göndərdiyi ərzaq yüklü avtomobilin Xankəndiyə keçidi gecikir. Belə ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin bir maşını səhər saat 10-da təyin olunmuş nöqtədə olmalı idi. Lakin ərzaq dolu yük maşını hələ də Bərdədə gözləyir.

Metbuat.az xəbər verir ki, bu barədə AzTV məlumat yayıb.

Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli şəxslərin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə ümumilikdə 1 TIR ərzaq yükü göndərilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı