"Baydenlə F-16 məsələsini müzakirə etdik" - Ərdoğan

Ankara və Vaşinqton F-16 qırıcılarının tədarükü məsələsini müzakirə ediblər.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, amerikalı həmkarı Co Baydenlə Türkiyəyə F-16 qırıcılarının tədarükü məsələsini müzakirə etdiyini bildirib:

“Təəssüf ki, F-16 məsələsi İsveçin NATO-ya üzvlüyü prosesi ilə bağlıdır. Bu yanaşma bizi ciddi şəkildə narahat edir. Lakin Türkiyə Böyük Millət Məclisi belə bir qərar qəbul etmədikcə, mən İsveçin NATO üzvlüyünə “hə” deyə bilmərəm”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı