ABŞ yadplanetlilərlə bağlı gizli sənədləri yayımladı

ABŞ Müdafiə Nazirliyi UFO-larla (Naməlum Uçan Obyekt) bağlı gizli sənədlərin dərc ediləcəyi internet saytının avqustun 30-da açıldığını bəyan edib.

Metbuat.az bildirir ki, dünyada ən çox UFO müşahidələrinin xəritədə göstərildiyi saytda bu mövzuda bildirişlər də qəbul ediləcək.

Keçən il ABŞ Konqresində 54 ildə UFO-larla bağlı ilk ictimai sessiyadan sonra dünyadan kənar həyatın müzakirəsi gündəmin əsas mövzularından birinə çevrilib.

Bu kontekstdə aparılan araşdırmaların əhəmiyyətli bir hissəsi hələ də məxfi olsa da, ABŞ hökuməti əlində olan bəzi məlumatları ictimaiyyətlə paylaşmağa başlayıb. Mövzu ilə bağlı son açıqlama ABŞ Müdafiə Nazirliyindən gəlib.

Pentaqon dərc etdiyi xəritədə dünyada naməlum uçan obyektlərin ən çox görüldüyü nöqtələri paylaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı