Verratti bu türk klubuna razılıq verdi - Tək şərti var

PSJ-dən ayrılmaq istəyən Marko Verratti “Qalatasaray”a transfer olmağa razılıq verib.

Metbuat.az xəbər verir ki, Marko Verratti menecerlər vasitəsilə "Qalatasaray"la əlaqə saxlayıb. Məlumata görə, 30 yaşlı futbolçunun meneceri Rafaela Pimenta Verrattinin "Qalatasaray"a gəlməyə razılıq verdiyini ifadə edib.

Menecer bildirib ki, “Qalatasaray” futbolçunun məvacibinin yarısını ödəməlidir. Məlumata görə, 30 yaşlı futbolçu PSJ-də illik 12 milyon məvacib alır. Verrattinin Qətərdən də təklif aldığı deyilir.

Qeyd edək ki, Avropanın 5 böyük liqasında və Səudiyyə Ərəbistanında transfer pəncərəsi bağlanıb. Transfer prosesi davam edən ölkələr arasında Türkiyə, Yunanıstan və Qətər var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı