Xəbər verdiyimiz kimi, Yeni Dehlidə 2 günlük G20 sammiti baş tutub.
Metbuat.az xəbər verir ki, samit zamanı diqqətçəkən məqamlardan biri də iştirak edən liderlərin boyunlarına taxdıqları parça olub.
Bu parça Hindistan baş naziri Narendra Modi tərəfindən dünya liderlərinə hədiyyə edilib. Məlumata görə, bu hədiyyə özünəinamın simvoludur.
Bu parça şərflər bir zamanlar Britaniya istehsalı olan məhsulları boykot etmək üçün hindlilər tərəfindən hazırlanıb. Yerli xalq bununla sənaye potensialını artıra və ölkəni keçmiş müstəmləkə qubernatorlarından asılılıqdan azad edə bildiklərini göstəriblər. Bu səbəbdən də bu şərf özünəinamın simvoludur.