Rüfət Həsənov vəzifəsindən azad edildi

Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifələrini icra edən kinorejissor Rüfət Həsənov vəzifəsindən azad olunub.

Metbuat.az "Apa"ya istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, mədəniyyət nazin Adil Kərimli Rüfət Həsənovun vəzifədən azad olunması ilə bağlı ərizəsini təsdiq edib.

"Rüfət Həsənov yaradıcı faaliyyətlə məşğul olmaq istəyi ilə bağlı bu addımı atıb", - nazirlikdən qeyd olunub.

Xatırladaq ki, Rüfət Həsənov həm də Mədəniyyət Nazirliyinin Audivizual və İnteraktiv Media şöbəsinin də müdiri idi. O bu ərizə ilə sözügedən vəzifəsini də tərk edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı