Bu imtahanın nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi (DİM) Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə işə qəbul olunmaq istəyən namizədlər üçün sentyabrın 9-da keçirdiyi test imtahanının nəticələrini elan edib. keçirib.

DİM-dən Metbuat.az-a bildirilib ki, namizədlər imtahanın nəticələri ilə Mərkəzin internet saytında tanış ola bilərlər. İştirakçılar imtahan nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün 449 namizəd qeydiyyatdan keçib. Onlardan 9-u imtahana gəlməyib. 97 namizəd 70 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyib.

Xatırladaq ki, imtahanda namizədə seçdiyi istiqamət üzrə 100 test tapşırığı (95 qapalı tipli və 5 açıq tipli) təqdim olunub. Hər sualın düzgün cavabı 1 balla qiymətləndirilir.

İmtahan nəticələri ilə əlaqədar Apellyasiya komissiyasına müraciət etmək istəyənlər sentyabrın 13-ü saat 12:00-dan sentyabrın 15-i saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Müraciətlərə baxılması üçün DİM tərəfindən sentyabrın 18-dən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.

Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı