Lerik Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Ayaz Cəfərov vəzifədən azad edilib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin digər əmri ilə Yasamal Rayon Polis İdarəsinin rəisinin əməliyyat üzrə müavini, polis polkovniki Ramil Mustafayev vəzifədən azad edilərək Lerikə rəis göndərilib.