"Əgər Birləşmiş Ştatlar Ukraynanın danışıqlara hazır olduğuna inanırsa, qoy Zelenskinin danışıqlara qadağa qoyan fərmanını ləğv etsinlər".
Metbuat.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin VIII Şərq İqtisadi Forumunda deyib. Putin həmçinin qeyd edib ki, Ukraynanın əks-hücumunun nəticəsi yoxdur:
"Lakin itkilər var - 71 min nəfər".
Prezident qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin texnika itkiləri 543 tank və 18 min zirehli texnikadır.