Rusiya PUA mərkəzini bombaladı

Rusiya ordusu Ukraynanın Xerson vilayətinin Berislav qəsəbəsində yerləşən PUA-ların idarəetmə mərkəzini məhv edib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib. Bildirilib ki, Rusiya ordusu Ukrayna qüvvələrinin son vaxtlar getdikcə artan PUA hücumlarının qarşısını almaq üçün səylərini davam etdirir. Açıqlamaya görə, Ukrayna ordusunun Rusiya Federasiyasına bağlı Xerson vilayətinin Berislav qəsəbəsində yerləşən PUA-ların idarəetmə mərkəzi xüsusi təyinatlılar çərçivəsində aparılan əməliyyatlar zamanı vurularaq məhv edilib.

Qeyd edək ki, Ukrayna ordusu PUA-larla Rusiya ərazisindəki obyektlərə hücumları artırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı