Sergen Yalçının görüntüləri gündəm oldu - VİDEO

Türkiyənin tanınmış məşqçisi Sergen Yalçın Las Veqasdakı kazinoda görüntülənib.

Metbuat.az xəbər verir ki, görüntülər kazinoda olan şəxs tərəfindən lentə alınaraq, sosial media paylaşılıb. Məlumata görə, əyləncə mərkəzində olan sosial media fenomeni video çəkərkən Sergen Yalçın da kameraya düşüb.

Qeyd edək ki, Sergen Yalçın şans oyunlarına olan marağı ilə tanınır. Sergen Yalçın daha əvvəl Belarusda gecə klubunun açılış klipində kameralara tuş gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR