Azərbaycanın bu şəhərində internet olmayacaq

Naxçıvan şəhərində internet və rabitə xidmətlərinin verilişində müvəqqəti fasilələr yaranacaq.

Nazirlikdən "Report"un yerli bürosuna verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi Naxçıvan şəhərində sentyabrın 13-ü saat 00:00-dan 04:00-dək təxirəsalınmaz zəruri təmir işləri həyata keçirəcək.

Təmir işləri görülən müddətdə Naxçıvan şəhərində internet və rabitə xidmətlərinin verilişində müvəqqəti fasilələr yarana bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı