30 ildən sonra nəşi gətirildi, qurban kəsdilər - FOTOLAR

Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü Şəmsəddin Allahverdiyevin meyitinin qalıqları 30 ildən sonra Füzuli rayonuna gətirilib.

Metbuat.az xəbər verir ki, hazırda şəhidlə vida mərasimi keçirilir.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimindən sonra şəhid rayonun Mahmudlu kənd qəbiristanlığında dəfn ediləcək.

Allahverdiyev Şəmsəddin 1971-ci ilin iyunun 9-da Füzuli rayonu İşıqlı kəndində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. 1993-ci ilin iyul ayında Füzulidə gedən döyüşlər zamanı itkin düşüb.

2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad olunandan sonra həmin ərazilərdə azərbaycanlıların kütləvi şəkildə basdırıldığı məzarlıqlar aşkarlanıb.

Ekspertiza nəticəsində meyit qalıqlarından birinin Ş. Allahverdiyevə məxsus olduğu təsdiqlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı