Hər şeyi əzbər bilən qeyri-adi istedadlı şəxs: Bu məşhurun oğludur

Hamı onu “hər şeyi bilən adam” adlandırır. Qeyri-adi istedadı, fenomenal yaddaşı var. İxtisasca tarixçidir. Deyir ki, “uşaq vaxtı atam kataloq-təqvim almışdı. Hər gün orada məşhur şəxsiyyətlər barədə oxuyur, onların doğum və ölüm tarixlərini əzbərləyirdim”. Sonradan bu, hobbiyə çevrilir.

Metbuat.az bildirir ki, indi 45 yaşı olan Üzeyir son 35 ildə 12-13 min məşhurun - tarixi şəxsiyyət, hökmdar, sərkərdə, yazıçı, filosof, rəssam, aktyor və b. ad günlərini əzbər bilir. Bu, hələ hamısı deyil. Cırtdan dövlətlərin paytaxtlarından tutmuş tarix boyu irili-xırdalı müharibə və üsyanların da harada, hansı gündə baş verdiyi barədə sualları düşünmədən cavablandırır.

Ətraflı “Bakupost”un videosunu təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR