Moldova XİN rus diplomatlarını "persona non-qrata" elan etdi

Moldova Xarici İşlər Nazirliyi Rusiyanın səfiri Oleq Ozerova Rusiya səfirliyinin bir neçə əməkdaşını arzuolunmaz şəxs elan edən nota təqdim edib.

Metbuat.az-ın məlumatına görə, bu barədə qurum bəyanat yayıb. "XİN Rusiya diplomatına Rusiya səfirliyinin üç əməkdaşını "persona non-qrata" elan edən nota göndərib", - deyə nazirlikdən bildirilib.

Qeyd edilir ki, qərar Moldova Respublikası ərazisində diplomatik statusa zidd fəaliyyətin aşkar sübutlarına əsaslanır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı