ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin noyabr müqaviləsinin dəyəri 0,59% artaraq, 1 barelə görə 92,42 dollar təşkil edib.
Metbuat.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,63% artaraq, 89,08 dollar olub.