“Növbəti Stansiya Gənclik şimal-qərb regionları”layihəsi başa çatdı - FOTOLAR

“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Heydər Əliyev ili” çərçivəsində həyata keçirilən “Növbəti Stansiya Gənclik şimal-qərb regionları”layihəsinin icrası başa çatıb.

Metbuat.az xəbər verir ki, layihənin əsas məqsədi gənclərin yumşaq bacarıqlarının gücləndirilməsi, cəmiyyətdə aktiv vətəndaşlığının təmin olunması, gənclərlə sahəsində təşəbbüslərin artmasına töhfə vermək olub.

“Zamanın idarə olunması”, “Komanda işi liderlik”, “Bədən dili”, “Stressin idarə olunması”, “Müsahibə texnikaları”, “Təqdimat bacarıqları”, “Xarici dilin inkişaf etdirilməsi” digər mövzular olmaqla ümumilikdə 10istiqamətdə,Şəki, Oğuz, Balakən, Qax, Zaqatala Qəbələ regionlarındatəlim sessiyası keçirilib. Layihə müddətində həmçinin müxtəlif komanda oyunları qrup işləri baş tutub. Diqqətə çatdırılıb ki, layihənin davamlılıq mərhələsində iştirakçılar öyrəndikləri bilik təcrübələri öz yaşadıqları regionlarda təlim görüş formatında digər gənclərlə bölüşəcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı