Amerikalı milyarder İlon Maskın açıqlamaları Tayvanı qəzəbləndirib.
Metbuat.az xəbər verir ki, bu həftə keçirilən işgüzar sammitlərin birində Mask Tayvanı Havay ilə müqayisə edərək onu Çinin “ayrılmaz hissəsi” adlandırıb.
Bu açıqlamaya Tayvan rəsmilərin cavab gəlib. Dövlət katibi Cozef Vu Maska məxsus sosial media platforması X-də Maska cavab verib: "Tayvan Çinin nə bir hissəsidir, nə də ki satılır".