Kanadada hökuməti ərzaq qiymətlərinin artmasına qarşı tədbir görüb.
Metbuat.az xəbər verir ki, Kanadanın baş naziri Castin Trüdo supermarket şəbəkələrinin qazanclarının artırdığını bildirib və ölkədə ərzaq qiymətlərinin artmasında supermarket sahiblərini günahlandırıb. Trüdo supermarket sahiblərinə problemin həllini tapmaları üçün plan hazırlamağı tapşırıb.
O bildirib ki, görüşə gətirdikləri həll planı orta gəlirli təbəqəni qane etməsə hökumət məsələyə müdaxilə edəcək. Trüdo supermarketlərdən yığılan vergilərin artırıla biləcəyi barədə xəbərdarlıq edib.
"Və əmin ola bilərsiniz ki, biz heç nəyi, o cümlədən vergi ekspertlərini də nəzərdən qaçırmırıq" – Trüdo deyib.