Səhiyyə nazirinin müavininə yeni vəzifə verildi

Azərbaycan Tibb Universitetində yeni kafedra yaradılıb.

Bu barədə Metbuat.az-a Universitetin mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib. Belə ki, yeni yaradılan Təcili tibb kafedrasına dosent Nadir Zeynalov müdir təyin olunub.

Sentyabrın 15-də kafedranın ilk mühazirəsi keçirilib. Nadir Zeynalovun təqdimatında ilk mühazirəni I Müalicə-profilaktika fakültəsinin IV kurs tələbələri dinləyiblər.

Xatırladaq ki, Nadir Zeynalov səhiyyə nazirinin müavinidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı