İrəvan küçələrində Azərbaycanla bağlı bu sözlər yazıldı - FOTO

İrəvan küçələrində Ermənistanın hakim partiyasının emblemi, baş nazir Nikol Paşinyanın portreti və erməni dilində “Qarabağ Azərbaycandır və nöqtə” yazıları olan posterlər yayılıb.

Metbuat.az modern.az-a istinadən xəbər verir ki, müvafiq görüntülər teleqram kanallarında yayımlanıb.

Bildirilir ki, İrəvan küçələrinə yüzlərlə belə posterlər yerləşdirilib. Aksiya hakim partiya tərəfdarlarının paytaxt meri vəzifəsinə namizədinə dəstək məqsədilə dünənki yürüşündən sonra (seçkilər sabah keçiriləcək) baş tutub. Posterlərin kimlər tərəfindən yayıldığı məlum deyil.

Bildirilir ki, posterlərin dizaynı, o cümlədən rəngi və şriftləri hakim partiyanın təbliğat materiallarının üslubu ilə eynidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı