BQXK-dən yardımla bağlı daha bir AÇIQLAMA

“Qərar vermə səlahiyyətli şəxslər arasında humanitar razılaşmanın əldə edilməsi üçün aparılan ardıcıl diplomatik səylərin nəticəsi olaraq bugün, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Laçın koridoru və Ağdam yolu ilə ehtiyacı olan şəxslər üçün buğda unu və tibbi ləvazimatların çatdırılmasını həyata keçirir. Humanitar yardıma ehtiyacı olan şəxslərin yaxın günlərdə bu dəstəyi alacaqları bizi çox rahatladır”.

Metbuat.az xəbər verir ki, bunu BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Arian Bauer bildirib.

“Səhiyyə qurumlarının tibbi ləvazimatlara ehtiyacı var. İnsanlar çörək ala bilmək üçün saatlarla növbəyə dururlar. Onların təcili olaraq mütəmadi humanitar yardımlar almağa ehtiyacı var. Bu razılaşma bizim komandalara həyat xilas edən işimizi davam etdirmək imkanı yaradıb”, - o qeyd edib.

“BQXK son həftələr ərzində qərar vermə səlahiyyətli şəxslərlə əraziyə müxtəlif yollarla, o cümlədən Laçın koridoru və Ağdam yolu ilə yardımın çatdırılması istiqamətində danışıqlar aparmaqda idi. Bugünkü əməliyyatda eyni anda iki yük maşını Laçın koridoru və Ağdam yolu ilə yardımın çatdırılmasını həyata keçirib. Mən ümid edirəm ki, bu razılaşma bizim müstəsna humanitar əməliyyatlarımızın yalnız bu gün deyil, önümüzdəki həftələr ərzində də həyata keçirilməsinə şərait yaradacaq və beləcə ehtiyacı olanlara mütəmadi yardım çatdırılacaq. Neytrallıq, qərəzsizlik və müstəqillik kimi fundamental prinsiplərimizə uyğun olaraq bizim məqsədimiz ən çox yardıma ehtiyacı olanlara dəstək ola bilməkdir”, - Bauer vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı