Geomaqnit qasırğası sabah güclənəcək - XƏBƏRDARLIQ

Bu gün G1 (zəif) səviyyəli geomaqnit qasırğası başlayıb.

Şamaxı Astrofizika Rəsədxanasından Metbuat.az-a verilən məlumata görə, geomaqnit sahəsinin 16 sentyabrda baş vermiş TKA-nın təsiri ilə 19 sentyabrda G3 (güclü) səviyyəsinə kimi yüksəlməsi ehtimalı var.

Geomaqnit sahəsinin 20 sentyabrda sakitləşəcəyi gözlənilir. 23 sentyabrda yenidən G1 (zəif) səviyyəli geomaqnit qasırğası ehtimalı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR