Kim Çen Inın zirehli qatarı Rusiyada 4 min km qət edib

Rusiyaya səfər edən Şimali Koreya lideri Kim Çen Inın olduğu qatar Rusiya daxilində 4 min kilometrdən çox məsafə qət edib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya mediası araşdırma aparıb. Məlumata görə, məşhur zirehli qatarı ilə Rusiyaya gələn Kim bir sıra yerlərdə, xüsusilə Komsomolsk-na-Amuredəki Vostoçnıy kosmodromunda olub və sentyabrın 17-də Şimali Koreyaya qayıdıb.

Kimin zirehli qatarı Rusiya daxilində marşrutun ictimaiyyətə açıqlanan məntəqələrinə görə 4 min kilometrdən çox məsafə qət edib.

Bu məsafə İstanbulla Ankara arasındakı məsafədən az qala 10 dəfə çoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR