“Qarabağ” – “Molde” oyununun hakimləri açıqlandı

Bakıda "Qarabağ" və Norveçin "Molde" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunu üçün təyinatlar bəlli olub.

Metbuat.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək

FIFA referisi Con Bitona Daniel Makfarlan və Duqlas Potter laynsman qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Matyu Makdermid yerinə yetirəcək.

VAR-da Nikolas Valş, AVAR-da isə Steven Makleyn olacaq.

Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR