Dünya birjalarında neftin qiyməti

Dünya birjalarında neft qiymətləri bahalaşıb.

Metbuat.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,60 dollar artaraq 95,08 dollar olub. Bu, ötən il noyabrın 11-dən bu günədək qeydə alınan rekord göstəricidir.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,01 dollar bahalaşaraq 92,49 dollar təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı