Adı heyətdə olan futbolçunu oyun zamanı tapa bilmədilər - Qalmaqal

Türkiyənin futbol üzrə ikinci liqasında "Fethiyespor" - "Kastamonuspor" klubları arasında baş verən oyunda maraqlı hadisə baş verib.

Metbuat.az xəbər verir ki, "Kastamonuspor" səfərə aparılmayan futbolçu Yusuf Talumun adını 18 nəfərlik siyahıda qeyd edib. Bununla da "Kastamonuspor" gənc oyunçularla bağlı qaydaları pozub. Qaydalarda heyətdə gənc oyunçuların mütləq olması barədə şərt var. "Fethiyespor" 0-1 məğlub olduları oyunla bağlı Türkiyə Futbol Federasiyasına müraciət edərək, "Kastamonuspor"a texniki məğlubiyyətin verilməsini tələb edib. Yusuf Talum Futbol Federasiyasına ərizəsində heç vaxt Fəthiyəyə getmədiyini etiraf edib.

Bildirilir ki, futbolçu oyun ərəfəsində "İnegölspor"a transfer olduğu üçün o Fethiyeyə gətirilməyib. Lakin "Kastamonuspor" gənc futbolçularla bağlı qaydaya riayət etdiyini nümayiş etdirmək üçün onun adını siyahıya salıb. Hakimə isə Yusuf Talum əvəzinə başqa futbolçu nümayiş etdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı