Azərbaycan Ordusunun mövqeləri intensiv atəşə tutulur.
Bu barədə Metbuat.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutur.