​“İRƏLİ” İctimai Birliyi növbəti təcrübə proqramını elan edir

“İRƏLİ” İctimai Birliyi gənclərin hərtərəfli inkişafı, eləcə də, yeni bilik və bacarıqların əldə olunmasında dəstək məqsədi ilə 2023-cü il üzrə növbəti təcrübə proqramını elan edir.

Təşkilatın Mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, təcrübə proqramı çərçivəsində gənclər şəxsi inkişaf, layihələrin idarə edilməsi, gənclərlə iş və digər istiqamətlər üzrə yeni bilik və bacarıqlar qazanmaq imkanı əldə edəcəklər. Proqrama qoşulmaq istəyən gənclərin seçim prosesi iki mərhələdə – müraciətlərin qəbulu və müsahibələrin keçirilməsi üzrə aparılacaq.

Təcrübə proqramına 16-24 yaşlarında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli və komanda ilə işləmə bacarığına sahib olan gənclər qatıla bilərlər. Üç ay davam edəcək təcrübə proqramını uğurla başa vuran gənclər şəhadətnamə ilə təltif olunacaqlar.

Qeyd edək ki, təcrübə proqramı ödənişsiz şəkildə həyata keçirilir və müraciətlərin qəbulu sentyabrın 24-dək davam edəcək. Qeydiyyatdan keçmək istəyən gənclər aşağıdakı linkə keçid edə bilərlər: https://shorturl.at/adx18


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı