Şoyqu Tehrandadır - Moskva və Tehran strateji imkanlarını genişlədir

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi Rusiya nümayəndə heyəti İran rəhbərliyi ilə danışıqlar aparmaq üçün Tehrana gedib.

Metbuat.az Ria Novostiyə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Tehranda Rusiyanın müdafiə naziri Sergey Şoyqu və İran Silahlı Qüvvələrinin (SQ) Baş Qərargah rəisi Məhəmməd Baqiri arasında danışıqlar aparılıb. Şoyqu ABŞ və müttəfiqlərinin müqavimətinə baxmayaraq, Rusiyanın İranla planlaşdırılan bütün tədbirləri həyata keçirmək niyyətində olduğunu bəyan edib.

Rusiya MN rəhbərinin sözlərinə görə, Rusiya Federasiyası və İrana qarşı sanksiya təzyiqi olduqca məntiqsiz və mənasızdır. İki ölkənin qarşılıqlı fəaliyyətinin yeni səviyyəyə yüksəldiyini qeyd edən Şoyqu Yaxın Şərqdə sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində gələcək birgə fəaliyyətə hazır olduğunu bəyan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı