DİN əhaliyə çağırış etdi

İctimai təhlükəsizliyin qorunması istiqamətində bütün tədbirlər icra olunur.

Metbuat.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib.

    O bildirib ki, antiterror əməliyyatları keçirilən zonada mülki şəxslərin və obyektlərin təhlükəsizliyi polis tərəfindən icra olunur:

    "Erməni sosial şəbəkə seqmentləri ajiotaj yaratmaq üçün yalandan məlumat yayırlar ki, guya vəziyyət onların xeyrinədir. Lakin bu belə deyil. Daxili İşlər Nazirliyinə vətəndaşlar tərəfindən nikbin müraciətlər daxil olur. Əməliyyatları dəstəkləyirlər. Hazırda itkilərlə bağlı dezinformasiyalar yayılır. Onların yaydığı məlumatlar 100 faizi yalandır. Həmin ərazidə olan əməliyyatlar yüksək dəqiqliklə aparılır”.

    Elşad Hacıyev qeyd edib ki, 10-a yaxın lazımsız informasiyalar yayan şəxslər nazirliyə dəvət olunaraq söhbətlər aparılıb. Biz həm müraciət edib həm də xəbərdarlıq edirik ki, yayılan informasiyalara diqqət yetirsinlər".

    Elşad Hacıyev həmçinin qeyd edib ki, polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür:

    "İndiyə olan məlumata görə, qanuna zidd bir məlumat daxil olmayıb. Vətəndaşların təhlükəsizliyi tam qorunur. Bununla bağlı kim təhlükə görürsə, polisə müraciət edə bilər".


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı