Danışıqlarla bağlı Paşinyandan ilk AÇIQLAMA

Azərbaycan və Qarabağın erməni sakinlərinin nümayəndələri arasındakı danışıqlarda Ermənistan iştirak etməyib.

Metbuat.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. O, Ermənistanın bu danışıqlarda iştirak etmədiyini bəyan edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək.

Xatırladaq ki, bu gün Qarabağdakı separatçılar təslim olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı